Ukrayna prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Cümə axşamı, 7 mart 2024-cü ildə Ukrayna Prezidenti Valeriy Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb. Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə aqreman üçün müvafiq sorğu göndərib", - diplomatik departamentin bəyanatında deyilir.