İyulun 26-ı Çeçenistan Respublikasında “ACB KB19”(Absolute Championship Akhmat) kigboksing yarışı keçirilib. Yarışda Azərbaycan bayrağını arenalarda dalğalandıran məşhur kigboksçu Zabit Səmədovun rəhbərlik etdiyi “Zabit Samadov Fight Club” və digər klubları təmsil edən idmançılar iştirak ediblər. “Zabit Samadov Fight Club”un 3 yetirməsi- 60 kq çəki dərəcəsində Amil Şahmarzadə, 67 kq çəkidə Məhəbbət Hümbətov və 72 kq çəkidə Turan Qafarov qalib olublar.