İtaliya məhkəməsi A Seriyasında çıxış edən "Yuventus" klubu ilə bağlı yeni qərar qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, yeni qərara əsasən "Yuventus" klubunun silinən 15 xalı yeni məhkəmə prosesinə kimi müvəqqəti olaraq geri qaytarılıb.

Bu qərardan sonra xallarını 59-a çatdıran Turin təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.