"Yuventus” klubu agentlərlə şübhəli maliyyə razılaşmalarına görə ittiham olunur.

İqtisadiyyat.az “Calciomercato”ya istinadən xəbər verir ki, İtaliya Agentlik Komissiyasının katibliyi oyunçuların transferində heç bir rolu olmayan bəzi agentlərə hələ də pul ödənildiyi əməliyyatlar üçün bir sıra fakturalar aşkar edildikdən sonra klubla bağlı araşdırmaya başlayıb.

İttiham tərəfinin fikrincə, agentlər bu sxemdə gizli vasitəçilər kimi iştirak ediblər. Belə agentlər kimi Lippi, Qiuffrida, Qalli, Morabito, Fioravanti və Tinti təqsirkar göstərilir.