Yunanıstanda 3 gündür davam edən meşə yanğınlarının bir hissəsini nəzarət altına almaq çətinləşib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən bildirir ki, paytaxt Afina yaxınlığındakı Lutraki və Meqara bölgələrində küləyin təsiri ilə yayılan yanğınlar, ən az 50 min hektar meşə və əkinçilik sahəsi ilə yanaşı, çox sayda ev və nəqliyyat vasitələrini də yararsız hala salıb.

Ehtiyat tədbiri olaraq Afina yaxınlığındakı yanğınlarla əlaqədar bəzi yaşayış məntəqələri boşaldılıb. Neft emalı zavodunu qorumaq üçün bəzi magistral yollar bağlanıb.

Meteorologiya xidməti bildirib ki, isti dalğanın cümə axşamı və cümə günü pik həddə çatacağı gözlənilir.