Yunanıstanda indiyə qədər qeydə alınan ən isti qış mövsümü yaşanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yunanıstan Meteorologiya İdarəsi məlumat açıqlayıb.

Təhlillərə görə, 2023-2024-cü illərin qışı Yunanıstanda indiyə qədər qeydə alınan ən yüksək temperaturlu qış mövsümü olub.

2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ölkə ərazisində havanın temperaturu mövsümi normadan yüksək olub. Yunanıstanda qışda temperatur 1960-cı ildən bəri 1,8 dərəcə artaraq 11 dərəcəni keçib.

 

Gözəl Həşimova