Yunanıstanda son 24 saatda həddindən artıq istilər səbəbindən huşunu itirən 6 nəfərin həyatını itirdiyi açıqlanıb. Ölənlərdən 4-nün dənizdən çıxarıldığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, Yunanıstanın Qərbi Trakya və Ege sahillərində son 24 saatda Kavala, Halkidiki, Saloniki və Katerini şəhərlərində dənizdən çıxarılan 4, sahildə isə 2 nəfər huşsuzluq səbəbiylə təcili yardımlarla xəstəxanalara aparılıb, ancaq onları xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin 22 yaşında olduğu və xilasedici qayıqlar vasitəsilə dənizdən çıxarıldığı bildirilib.

Egedə havanın temperaturunun 38 dərəcədən yuxarı qalxacağı, güclü küləklərin əsəcəyi bildirilib.