Yunanıstanın Krit adasının sahillərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 km cənub-qərbdə yerləşib.

Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat yoxdur. 

 
Əli Ağayev