Yunanıstan və ABŞ Hərbi Hava Qüvvələri birgə təlim keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Yunanıstan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Yunanıstanın F-16 döyüş təyyarələri ilə Yunanıstanın Larisa şəhərində, ABŞ-ın isə KC-135 tipli havada yanacaq doldurma təyyarələri ilə keçirilən birgə təlimə qatıldığı bildirilib.

Yunanıstan və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havada yanacaq doldurma təlimləri həyata keçirib və təlimin məqsədinin F-16 döyüş təyyarəsinin şəxsi heyətinə həm gecə, həm də gündüz havada yanacaq doldurma üzrə təlim keçmək olduğu qeyd edilib.