QUBA RAYON İCRA HAKİMİYYƏTİ (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 2 lot üzrə keçirilir::

lot 1 - Yolların əsaslı təmiri işləri
lot 2 - Abadlıq işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Quba, Heydər Əliyev prospekti (Əlaqələndirici şəxs :Qurbanəliyev Pənah Mayıl oğlu, telefon :(023) 335-62-15) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 150 manat
lot 2 - 150 manat

Hesab:AZ37AİİB32051019446500246165
VÖEN4500248461
Bank:Kapital Bank Quba filialıÂ
Kodu:200651
VÖEN:9900003611
M/H:AZ37NABZ01350100000000001944
S.W.İ.F.T:BİK AII BAZ-2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları,
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-03-05 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-03-14 17:00qədər Quba, Heydər Əliyev prospekti ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2019-03-15 11:00 tarixində Quba şəhəri Heydər Əliyev prospekti ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.