Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az-ın məlumatına görə, Yevlax-Bəhrəmtəpə avtomobil yolunda “QAZel” markalı kiçik tutumlu yük avtomobili, digər yük maşını ilə toqquşub.

Qəza nəticəsində, “QAZel” markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü Zakir Yolçuyev ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.