Diametri dörd kilometr olan asteroid Yer kürəsinə yaxınlaşır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı NASA məlumat yayıb. 

Hesablamalara görə, 52768 nömrəli asteroid aprelin 29-da Yerə ən yaxın məsafədən keçəcək. 

Qeyd edilib ki, hazırda asteroid planetimizdən 6,29 milyon kilometr uzaqlıqdadır, bu isə Yerlə Ay arasındakı məsafədən 16 qat çoxdur.