Yerin maqnit sahəsi Ayın səthində suyun əmələ gəlməsinə təsir göstərə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Havay Universitetinin tədqiqatçıları araşdırma aparıblar.

Məlumata görə, Yerin maqnit sahəsindən qopan yüksək enerjili elektronlar Ayın səthində suyun əmələ gəlməsində təsirli ola bilər. Bu araşdırma isə Yer ilə Ay arasında daha əvvəl kəşf edilməmiş əlaqələri ortaya çıxara bilər.

Qeyd edək ki, Günəş küləkləri Ay və digər atmosfersiz göy cisimlərinin səthində hidroksid və su əmələ gətirir.

 

Gözəl Həşimova