Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) aprel ayı üçün qurulan və bağlanan şirkətlərin statistikasını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, apreldə qurulan şirkətlərin sayı mart ayına nisbətən 19% azalaraq, 11 min 319-dan 9 min 174-ə düşüb. Eyni dövrdə bağlanan şirkətlərin sayı isə yüzdə 1,9 azalaraq, 1423-ə çatıb. Mart ayında 1451 şirkət bağlanıb.

Ötən ilin eyni ayı ilə müqayisədə aprel ayında qurulan şirkətlərin sayı 14,7 faiz, bağlanan şirkətlərin sayı isə 34,2 faiz azalıb.