Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları (NKA) ilə dövriyyə təxminən 16 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il oktyabrın 1-nə qədər ölkədə 93 230 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.