London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.

İqtisadiyyat.az-ın “Al Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi bildirib.

"Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar", - diplomat vurğulayıb.