"Müharibədən əziyyət çəkən Ukraynaya yardımın ikiqat artırılması qlobal iqtisadiyyata kömək etmək üçün ən yaxşı yoldur".

İqtisadiyyat.az AFP-yə istinadən xəbər verir ki, bunu Hindistanda keçirilən G20 sammiti çərçivəsində ABŞ-nin maliyyə naziri Janet Yellen deyib.

"Bu müharibəyə son qoymaq ilk növbədə mənəvi borcumuzdur. Lakin bu, həm də qlobal iqtisadiyyat üçün edə biləcəyimiz ən yaxşı şeydir", - diplomat qeyd edib.

Yellen həmçinin iqtisadi çətinliklərlə üzləşən ölkələrin borc böhranını aradan qaldırmaq səylərinə, bank islahatlarına və qlobal vergi razılaşmasına işarə edərək, Çindən gömrük rüsumlarının qaldırılması müzakirələrinin tez olduğu barədə xəbərdarlıq edib.