Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 1,69 dollar və ya 1,9% bahalaşaraq 91,59 ABŞ dolları olub.

“WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 1,84 dollar və ya 2,1% artaraq 88,50 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova