Yunanıstan, İtaliya, İspaniya ənənəvi olaraq hər il milyonlarla turisti cəlb edir. 

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən xəbər verir. Ekspertlər xəbərdarlıq edirlər ki, tezliklə bu istiqamətlərin populyarlığı əhəmiyyətli dərəcədə azala bilər və turistlər Avropanın şimalında dincəlməyə gedəcəklər. Buna səbəb isə yanğınlar və dözülməz dərəcədə yüksək temperaturdur.

Turizm Yunanıstana 2021-ci ildə ÜDM-nin 14,9%-ni təmin edib. İtaliya eyni ildə turizm sənayesindən ÜDM-in 9,1%-ni, İspaniya isə 8,5%-ni alıb. Dünya Səyahət və Turizm Şurasının məlumatına görə, 2022-ci ildə Avropa turistlərdən 1,9 trilyon avro qazanıb. 2023-cü ilin yayında bölgə anomal yüksək temperatur və quraqlığın səbəb olduğu yanğınlara büründü. Alimlər xəbərdarlıq edirlər ki, bu hələ başlanğıcdır. Turizm bazarının ekspertləri əmindirlər ki, yaxın gələcəkdə Avropanın turizm xəritəsi tanınmayacaq.

Qeyd eddək ki, Avropanın bəzi bölgələrində termometrlər 50 dərəcəyə yaxınlaşır. Yunanıstanın Rodos adasında bir həftədir davam edən yanğınlar səbəbindən bu gün ən yüksək təhlükə elan edilib. Artıq 30 mindən çox insan adadan təxliyə edilib.