Gəncədə yerləşən 24 nömrəli tam orta məktəb qəzalı vəziyyətdədir.

İqtisadiyyat.az xəbər verir ki, 856 şagirdin təhsil aldığı məktəbin ciddi təmir-bərpa işlərinə ehtiyacı var. Lakin uzun illərdir burada hər hansı iş aparılmır. Təhsil ocağının 37 sinif otağının yarıdan çoxu, o cümlədən akt və idman zalı təmir edilməli və yenilənməlidir. Həm də müəllim-şagird heyyəti, həm də valideynlər 54 il əvvəl tikilmiş məktəbin təmirinin sürətləndirilməsini arzu edir. Təhsil ocağında 100-ə yaxın müəllim çalışır. Onlar məktəbin bu vəziyyətinin şagirdlərin təhsil keyfiyyətinə də təsirsiz ötüşmədiyini bildirir. Şagirdlər isə yazı lövhələrinin çoxunun yararsız halda olmasından şikayətçidir. Vaxtı ilə şəhərin sayılıb-seçilən məktəblərindən olan 24 nömrəli tam orta məktəb sanki illərdir unudulub. 

Yeri gəlmişkən, qeyd edək ki, Gəncədə ümumilikdə 44 məktəbdən 4-nün ciddi təmirə ehtiyacı var.