Yaponiya dövlət borcunun 10 trilyon dollara çatması barədə açıqlama verib.

İqtisadiyyat.Az-ın məlumatına görə,hesabatda bildirilir ki, son 1 ildə bu göstərici 140 milyard dollar artıb. Əsas borc səbəti 8,9 trilyon dollar dövlət istiqrazları, 667 milyard dollar qısa müddətli dövlət qiymətli kağızları ( maliyyə vekselləri ) və 484 milyard dollar alınan borc şəklindədir.

Bununlada dövlət borcu 2 dəfə  Ümum Daxili məhsuldan çoxdur. Bu göstərici G7 ölkələri içində ən pis göstəricidir. Hesabatda göstərilir ki, yaranan borcun əsas səbəbi əhalinin sürətli qocalması fonunda sosial xərclərin artmasıdır. 

Yaponiyanın maliyyə nazirliyi dövlət borcunun yaxın illərdə azaldılması ən bnirinci hədəfdir. Bu çətin tapşırığı necə həll edəcəkləri barədə isə nazirliyin dəqiq cavabı yoxdur.