Yaponiyanın əhalisi keçən il təxminən 800 min azalaraq 122,42 milyon nəfərə düşüb.

İqtisadiyyat.az bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinə istinadən məlumat verir.

Ölkə əhalisinin sayı 14-cü ildir ki, azalır, son illərdə isə bu hal daha da kəskinləşib. 2022-ci ildə Yaponiyada 1,56 milyon ölüm qeydə alınıb ki, bu da statistika tarixində rekord göstəricidir. Eyni zamanda doğulanların sayı ilk dəfə olaraq 800 mindən aşağı olub - 771 min.

Qeyd edək ki, ilk dəfə olaraq Yaponiyanın bütün 47 prefekturasında əhalinin sayı azalıb. Digər rekord isə ölkədə daimi yaşayan əcnəbi vətəndaşların sayının 10,7% artmasıdır. Onların sayı təxminən 3 milyon nəfərə çatıb. Hətta əcnəbilərin sayını nəzərə alsaq, Yaponiya əhalisi 511 min nəfər azalaraq 125,42 milyon nəfərə düşüb.

Xatırladaq ki, ötən il Yaponiyada boş yaşayış binalarının sayının 2023-cü ildə 10 milyona çatacağı bildirilmişdi. Bu, ilk növbədə ölkə əhalisinin azalması ilə əlaqədardır.