Yaponiyada zəlzələ qurbanlarının sayı 215 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatorluğu məlumat yayıb.

Açıqlamada 4100-dən çox binanın zədələndiyi, 24 mindən çox insanın təxliyyə məntəqələrində qaldığı, 2500 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.

Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. 

 

Əli Ağayev