Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 203 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.

Xatırladaq ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.

 

Əli Ağayev