Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.

Zəlzələ nəticəsində 103 nəfərdən isə məlumat yoxdur.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.