Yaponiyanın paytaxtı Tokioda zəlzələ baş verib.

“RİA Novosti”nin xəbərinə görə, zəlzələ Rixter şkalası ilə 5,6 bal gücündə olub.

Zəlzələnin episentrinin İbaraki sahilindən kənarda dənizin 40 kilometr dərinliyində olduğu bildirilib.

Təkan Yaponiyanın paytaxtında yaşayış evlərində mebelləri silkələyib.

Sunami təhlükəsinin ola biləcəyi barədə xəbər verilməyib. Ölən və dağıntılar haqqında məlumat yoxdur.