Yaponiyada "Diamond Princess" adlı gəmidə koronavirusa yoluxmuş xəstə aşkarlanıb. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyada gəmidə sərnişinlərdən birində koronavirus aşkarlanıb. Bu səbəblə 3711 sərnişin daşıyan gəmi təcili karantinə götürülüb. Son məlumatlara görə, virus daşıyıcılarının vəziyyətinin orta olduğu, digər sərnişinlərdə isə virus aşkarlanmadığı bildirilib.