Yaponiya Özünümüdafiə Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələri Şimali Koreyanın son raket atışlarına cavab olaraq Yapon dənizində (Şərq dənizi) birgə təlimlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə “Aegis” sistemləri ilə təchiz olunmuş “Haquro” və “Con Finn” esminesləri cəlb olunub.