Yaponiya 57 Rusiya və 27 Belarus şirkətinə, həmçinin BƏƏ, Ermənistan, Suriya və Özbəkistanın hüquqi şəxslərinə qarşı sanksiyaları genişləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat Nazirliyinin bəyanatına deyilir.

Bundan əlavə, Yaponiya gələn ilin yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almazlarının idxalına qadağa tətbiq edib.

Xatırladaq ki, dekabrın 6-da "G7" ölkələri (Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya almazlarının idxalını məhdudlaşdıran mexanizmlər hazırlayıb.

 

Gözəl Həşimova