ABŞ-nin vitse-prezident Kamala Harris ABŞ prezidenti Co Baydenin yarışdan çıxmasından sonra iki gündə kampaniyası üçün 100 milyon dollar toplayıb.

İqtisadiyyat.az bu barədə "ABC News"a istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin vitse-prezidentinin seçki kampaniyasında könüllü kimi iştirak etmək üçün daha 58 minə yaxın insan müraciət edib ki, bu da gündəlik orta göstəricidən 100 dəfə çoxdur.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

 

Gözəl Həşimova