Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq Baş İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşlərdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparıb.