Mühafizə və bərpa üzrə sessiyada COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iqlim fəaliyyəti və biomüxtəliflik üzrə qarşılıqlı gücləndirici birgə fəaliyyəti təmin etmək üçün COP29-da nail olmağa çalışdığı bir çox sinergiyalardan danışıb.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə COP29-un rəsmi sosial media hesablarında paylaşım edilib. 

Beynəlxalq sessiyada çıxış edən aparıcı danışıqçı Yalçın Rəfiyev iştirakçıları meşələrin və ekosistemlərin mühafizəsi və bərpasına sadiqliklərini bir daha təsdiq etməyə çağırıb.