Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraqın Ərbil şəhərinə səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.

“Ərbil şəhərinə səfərimiz çərçivəsində qardaş Türkiyənin bu şəhərdəki Baş Konsulluğunu ziyarət etdik. Qardaşım, baş konsul cənab Erman Topçuya göstərdiyi qonaqpərvərliyə və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm”, - paylaşımda bildirilib.