Keniyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Keniya hökumət sözçüsü İsaak Mvaura "X" hesabında bildirib.

Məlumata görə, partlayış nəticəsində xəsarət alan 224 nəfərdən 2-si ölüb.

Xatırladaq ki, ötən gün maye qaz daşıyan avtomobil yanacaqdoldurma məntəqəsində partlayıb. Yanğın qısa zamanda genişlənərək yaxınlıqdakı mağaza və evləri əhatə edib.

 

Əli Ağayev