İraq hava yollarına aid sərnişin təyyarəsi yanacaq pulu ödəmədiyi üçün Tunis hava limanı rəhbərliyi tərəfindən uçuşuna icazə verilmədi. Pilot isə uçuşu bərpa etmək üçün sərnişinlərdən aralarında 3 min dollar yanacaq pulu toplamasını istəyib.

İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, İraq hava yollarına aid sərnişin təyyarəsi, yanacaq borcunu ödəmədiyi üçün Tunis Kartaca Hava limanı təhlükəsizlik xidməti tərəfindən uçuş qadağan edildi. Hadisəni telefonla çəkən iraqlı sərnişinlərdən biri, təyyarənin uçuşuna verilən qadağanın yanacaq pulu ilə bağlı olduğunu bildirərək, pilotun sərnişinlərdən 3 min dollar yığmasını istədiyini deyib.

Pulu yığmayan sərnişinlər uçuş qadağasının qaldırılmasını və problemin həllini gözləyiblər. İraq hava yolları şirkəti tərəfindən açıqlama verilməsə də, Tunisin Bağdadda yerləşən səfirliyndən açıqlama gəlib. Səfirlik verdiyi açıqlamada, təyyarənin girov götürülmədiyini, pilotun yanacaq pulunu gecikdirməsinin hadisəyə səbəb olduğunu bildirib. Açıqlamada, Tunis hava limanı rəhbərliyi ilə İraqın Tunisdəki səfirliyi arasında əlaqə saxlanılaraq pulun ödənildiyi və təyyarənin uçuşunun bərpa edildiyi qeyd olunub.

 

Mehman Nəbiyev