Hərbi qulluqçularımız Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib.