Böyük Britaniya Ukraynaya NATO-ya üzv olmaq üçün daha qısa yol təklifinin tərəfdarı ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib.

Ceyms Kleverli Londonda keçirilən Ukraynanın Bərpa Konfransı zamanı deyib ki, Kiyevin NATO-ya üzv olmaq prosesinin üzvlük fəaliyyət planı mərhələsindən keçməsinə ehtiyac olmadığı qərara alınarsa, Böyük Britaniya buna dəstək olacaq.

“Yens Stoltenberq NATO zirvə toplantısı zamanı bildirib ki, əslində üzvlüklə bağlı fəaliyyət planının bir çox tələbləri yerinə yetirilir”, - deyə nazir qeyd edib.