Xəzər hövzəsinin üç limanı üzrə yük dövriyyəsi 7,2 milyon tona çatıb ki, bu da ötən ilin göstəricilərini 33,4% üstələyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin sənaye, ticarət və energetika naziri İlya Volınski bildirib.

Onun sözlərinə görə, söhbət Xəzər hövzəsində olan üç dəniz limanından gedir – "Olya", "Həştərxan", həmçinin "Mahaçqala".

Ümumilikdə Rusiya dəniz limanlarının yük dövriyyəsi isə 5,7% artıb.

 

Gözəl Həşimova