Dağıstanda Xəzər dənizinin sahillərində tapılan ölü suitilərin sayı artaraq 2500-ə çatıb.

Bu barədə respublikanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin rəsmi “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, ölü heyvanların sayının hesablanması davam edir və göstərilən rəqəmin artması istisna olunmur.

***

Xəzər sahilində tapılan ölü suitilərin sayı 1700-ə çatıb. Xəzər Ekoloji Mərkəzinin baş direktoru RİA Novosti-yə bildirib ki, onlar təxminən 2 həftə əvvəl ölüblər. Onun sözlərinə görə, suiti cəsədlərində zorakılıq əlamətləri, eləcə də balıqçı torlarının qalıqları yoxdur.

***

2022-12-03 19:33

Xəzər dənizinin Dağıstan sahillərində Balıqçılıq üzrə Federal Agentliyin müfəttişləri tərəfindən 700-ə yaxın ölü suiti aşkar edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.

Bildirilir ki, heyvanların ölüm səbəbi dəqiq məlum deyil.