Ukrayna hərbçilərinin nəzarətində olan Xerson şəhərinin mərkəzi hissəsində partlayış səsləri eşidilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətinin təyin etdiyi şəhər administrasiyasının rəhbəri Roman Mroçko məlumat verib.

"Xersonda partlayış səsləri eşidilir, şəhərin mərkəzi hissəsində" o, Teleqram kanalında yazıb.

Qeyd edək ki, əhalinin xəbərdar edilməsi üzrə rəsmi resurs xəbər verir ki, Ukraynanın bütün ərazisində, eləcə də Ukrayna qoşunlarının nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin hissələrinə hava hücumu xəbərdarlığı elan edilib. 

Əli Ağayev