"İnter"in vitse-prezidenti, argentinalı keçmiş futbolçu Xavyer Zanetti Azərbaycana gələcək.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda o, öz İnstaqram hesabında paylaşım edib.

Zanetti Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək üçün ölkəmizə səfər edəcəyini bildirib.

Qeyd edək ki, Xavyer 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.