Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda baş tutacaq “Qarabağ” – MOİK oyununu izləyəcək Ağdam klubunun azarkeşlərinin sayı məlum olub.

İqtisadiyyat.az Oxu.Az-a istinadən xəbər verir ki, sabah keçiriləcək qarşılaşmada sevimli komandalarını dəstəkləmək üçün Ağdam təmsilçisinin 700-dən çox fanatı Xankəndiyə yollanacaq.

Qeyd edək ki, matç saat 14:00-da başlayacaq. Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.