'Amazon', 'Windows 10' üçün 'Alexa' səs köməkçisi ərsəyə gətirib.

İqtisadiyyat.Az xəbər verir ki, 'TechCrunch'ın məlumatına görə, tətbiq hazırda 'Microsoft Store'da yükləmə üçün yalnız ABŞ, Almaniya və Böyük Britaniyada aktivdir.

Tətbiq digər bazarlar üçün 2019-cu ildən etibarən əlçatan olacaq.

Səs köməkçisi təqvimi idarə etməyə, musiqiyə qulaq asmağa, xatırlamaları təyin etməyə kömək edəcək. Köməkçini səs vasitəsilə çağırmaq mümkün olacaq.kommersant.az