Vyetnamın şimalındakı Hacianq vilayətində torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, hadisə bu gün səhər Bakme rayonunda baş verib.

Sürüşmə baş verən vaxt hərəkətdə olan 16 mikroavtobusun sürücüsü və sərnişinləri xilas olmaq üçün nəqliyyat vasitəsindən çıxsa da, onların əksəriyyəti axın altında qalaraq ölüb.

Hadisə yerinə gələn xilasedicilər 11 nəfərin cəsədini tapıblar. Altı nəfər isə xəstəxanaya çatdırılıb.

Ərazidə axtarış işləri davam edir. 

Qeyd edək ki, Hacianqda bir neçə gündən bəri şiddətli yağışlar yağır.