Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra)”.