Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda doğma arenasında "Partizani" ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb.

Vüsal bu görüşün iştirakçısı olub. Yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

"Eqnatiya" 13 turdan sonra 26 xalla 1-ci sırada qərarlaşıb. "Partizani" isə eyni xalla ikinci pillədədir