Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda səfərdə "Vlajnia" ilə qarşılaşıb. Oyun "Eqnatiya"nın qələbəsiylə başa çatıb - 2:0.

Vüsal bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan cinah oyunçusu 85-ci dəqiqədə əvəzlənib. Vüsal 49-cü dəqiqədə komandasının birinci qolunu vurub.

"Eqnatiya" 6 turdan sonra 13 xalla liderdir.