Qondarma "Artsax Respublikasının Ümumi Yurisdiksiyasının Birinci İnstansiya Məhkəməsi" "Artsax qəhrəmanı" kimi tanınan Vitali Balasanyanın həbsinə dair vəsatəti rədd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vitali Balasanyanın vəkili Rafael Martirosyan ARMENPRESS-ə bildirib.

Vəkil bildirib ki, hazırda Vitali Balasanyan azadlıqdadır.

Qeyd edək ki, Vitali Balasanyan iyulun 14-də həbs edilib. O, hökumətə qarşı zorakılıq tətbiq etməkdə və ya zorakılıq tətbiq etməklə hədələməkdə şübhəli bilinirdi. İyulun 17-də məhkəməyə Vitali Balasanyan barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət verilmişdi.