ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Blinken bildirib ki, Viktoriya Nulandın yerinə yeni təyinat olana qədər bu vəzifəni dövlət katibinin idarəetmə üzrə müavini Con Bass icra edəcək.