İtaliyanın turizm şəhərlərdən biri olan Venesiyada 25 nəfərdən çox turist qruplarının girişinə qadağa qoyulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Venesiya Bələdiyyəsi qərar qəbul edib.

Məlumata görə, qərar bu ilin iyunun 1-dən etibarən həyata keçiriləcək.  Bələdiyyə qərarın davamlı turizmi təşviq etmək və eyni zamanda şəhər sakinlərini qorumaq məqsədi daşıdığını açıqlayıb.

Hazırda şəhərdəki bələdiyyə muzeylərində 25 nəfərlik məhdudiyyət tətbiq edilir. Bu say standart turist avtobuslarının tutumunun təxminən yarısına uyğundur.

 

Gözəl Həşimova